Standart e-Viza 3 (üç) iş günü ərzində verilir.
Müraciətçiyə müraciətin nəticəsinə dair elektron poçt məktubu göndəriləcəkdir. Nəzərinizə çatdırırıq ki, müraciətçi elektron poçt məktubunu əldə edə bilmədiyi təqdirdə müraciətin nəticəsini www.evisa.gov.az/az/check-status internet səhifəsində yoxlaya bilər.
Təcili e-Viza bayram və qeyri-iş günlərindən asılı olmayaraq 3 (üç) saat ərzində verilir.
Müraciətçiyə müraciətin nəticəsinə dair elektron poçt məktubu göndəriləcəkdir.Nəzərinizə çatdırırıq ki, müraciətçi elektron poçt məktubunu əldə edə bilmədiyi təqdirdə müraciətin nəticəsini www.evisa.gov.az/az/check-status internet səhifəsində yoxlaya bilər.
e-Viza müraciətləri birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup (ən az 10, ən çox 300 nəfər) olmaqla edilə bilər.
e-Viza alınması üçün zəruri olan məlumatlar bilavasitə sistemə daxil edilir.
e-Vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir.
e-Viza müraciət etmiş şəxsin elektron ünvanına göndərilir.